Qida
31.03.2022 / 17:10
“Azərsun Holdinq”: “Ölkədə şəkər tozu qıtlığı yoxdur"
20942
"Azərsun Holdinq” MMC mətbuatda ölkədə şəkər tozu qıtlığının yaranması barədə məlumatlara münasibət bildirib.
Valyuta.az-ın məlumatına görə, şirkətlər qrupu bəyan edib ki, regionun ən böyük şəkər istehsalI müəssisəsi olan İmişli Şəkər Zavodu ("Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC) tam gücü ilə fəaliyyətini davam etdirir.
"Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”,- deyə holdinq bəyan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay