Buğda qiymətləri tarixin ən yükək səviyyəsinə qalxdı
Rusiya-Ukrayna müharibəsindən sonra vüsət alan buğda qiymətlərinin artması rekord səviyyəyə çatıb.
Çikaqoda buğda fyuçersləri rekord səviyyəyə qalxaraq buşel üçün 13,63 dollara yüksəlib. Qiymətlərdə rekord qeydə alındıqdan sonra 12,02 dollara qədər geriləyib.
"Farm Futures"in analitiki Jacqueline, bazarda çoxlu qeyri-müəyyənliklərin olduğuna diqqət çəkərək, Qara dəniz bazarının qarşıdakı aylarda əlçatan olub-olmayacağının vacib olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, qlobal ərzaq qiymətləri fevral ayında bitki yağları və süd məhsulları başda olmaqla, bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
FAO-nun açıqlamasında bildirilir ki, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi fevral ayında yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq orta hesabla 140,7 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 24,1 faiz təşkil edib.
İndeks qeyd olunan dəyər ilə bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Qlobal ərzaq qiymətlərinin süd məhsulları və bitki yağları hesabına artması diqqət çəkib.
Taxıl Qiyməti İndeksi buğda və qarğıdalı qiymətlərindəki yüksəliş səbəbilə aylıq 2%, illik isə 14,8% artıb. Qara dəniz bölgəsinin iki ən böyük buğda ixracatçısı olan Ukrayna ilə Rusiya arasındakı müharibənin buğda və qarğıdalı ixracatını məhdudlaşdıracağına dair narahatlıq bahalaşmaya əbəb olur.
Bitki Yağı Qiyməti İndeksi, palma, soya və günəbaxan qiymətlərinin hərəkətverici qüvvəsilə əlaqədar olaraq aylıq 8,5 faiz artıb. Dünya günəbaxan yağı ixracının təxminən 80 faizi Ukrayna və Rusiyanın payına düşür.
Şəkər Qiyməti İndeksi, əsas ixracatçılar Hindistan və Taylandda müsbət istehsal perspektivləri ilə əvvəlki ayla müqayisədə 1,9 faiz düşüb.
FAO Süd Məhsullarının Qiymətləri İndeksi 6,4 faiz artıb ki, bu da qıt qlobal tədarüklə dəstəklənir, Ət Qiyməti İndeksi isə 1,1 faiz artıb.//Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay