AİB Azərbaycanda qida və içki istehsalçısına kredit ayıracaq
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda üçüncü ən böyük qida və içki istehsalçısı və distribyutoru olan “Avrora” MMC-yə 5,9 milyon dollar məbləğində üç illik kredit verməyə hazırdır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə AİB məlumat yayıb.
Qeyd edilir ki, kredit “Avrora” MMC-nin buğda unu, makaron məmulatları, peçenye və süd məhsulları kimi əsas qida məhsullarının istehsalı və tədarükü üçün lazım olan dövriyyə kapitalının maliyyələşdirilməsinə xərclənəcək.
Şirkət bu vəsaitdən həmçinin COVID-19 pandemiyasının təsirini aradan qaldırmaq üçün lazım olan əlavə əməliyyat xərcləri (OPEX) üçün də istifadə edə bilər.
“Bu kredit COVID-19 böhranı dövründə vacib olan əsas qida məhsullarının daxili bazar üçün istehsalını və tədarükünü təmin edəcək. İstehsal davam etdikcə, “Avrora” hazırki böyük çətinlik və qeyri-müəyyənlik dövründə öz işçi qüvvəsini və bütün tədarük zənciri boyunca işçi qüvvəsini qoruyub saxlaya biləcək. Bu, son nəticədə əhali üçün faydalı olacaq, çünki bazarda əsas ərzaq məhsullarının tədarükü təmin ediləcək”, - bankın açıqlamasında bildirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay