Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi - SİYAHI
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) 9 aprel 2021-ci ildən etibarən Azərbaycanın 7 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.
Valyuta.az xəbər verir ki, bu barədə qurumun rəsmi veb-saytında məlumat yerləşdirilib.
Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.
İdxal icazəsi verilən müəssisələr aşağıdakılardır:
“AGRO AZ” MMC (Bakı şəhəri);
“ABSHERON AGRO 2020” MMC (Abşeron rayonu, Xokmalı kəndi);
Eyvazov Taleh Cəlal (Salyan rayonu, Kürqaraqaşlı kəndi);
“Qızılonur” MMC (Abşeron rayonu, Məmmədli qəsəbəsi);
Salmanova Gönçə Barat qızı (Bakı şəhəri);
“A-K Group” MMC (Bakı şəhəri);
“Ekofud” MMC (Bakı şəhəri).
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay