Qida
01.04.2021 / 17:25
İrandan ölkəyə gətirilən zəncəfil yararsız çıxdı
10105
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Valyuta.Az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Frei Group” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 1000 kq zəncəfil məhsuluna baxış keçirilb.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay