AZAL-ın Kazan-Bakı reysinin vaxtı müəyyənləşib
“Azərbaycan Hava Yolları” aviaşirkəti Kazan Beynəlxalq Hava Limanından dekabrın 28-də yerli vaxtla saat 23:15-də yola düşməli olan J2 8576 saylı Bakı reysini ləğv edib.
Bu barədə məlumat Kazan Hava Limanının onlayn tablosunda əks edilib.
Reysin ləğv edilməsinin səbəbləri açıqlanmayıb.
Kazan Hava Limanının onlayn tablosunda növbəti reysin dekabrın 30-na təyin edildiyi qeyd olunur.
Onlayn tablonun məlumatına əsasən, təyyarə Tatarıstan paytaxtından saat 23:15-də uçmalı və 31 dekabr saat 02:15-də eniş etməlidir.
Kazan Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarı ilə uçuşların dayandırıldığı 10 Rusiya şəhəri siyahısına (Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod, Vladiqafqaz) daxil deyil. Qərar bu istiqamətlərdə uçuşlar həyata keçirən bütün aviaşirkətlərə şamil edilir.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay