BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7694
  • RUB
    1.6958
  • TRY
    0.0482
  • GBP
    2.1288
62358

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 66 nömrəli şəhərdaxili, 122, 126, 162, 184 və 340 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqə üçün sənədlər 26 yanvar 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 162 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Yeni yaşayış massivi – “Koroğlu” metrostansiyası), 126 nömrəli şəhərətrafı (Şonqar qəsəbəsi – “Sədərək” ticarət mərkəzi), 66 nömrəli şəhərdaxili (Suraxanı qəsəbəsi – “Neftçilər” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın18-də;

340 nömrəli şəhərətrafı (Binə qəsəbəsi – Mərdəkan qəsəbəsi (Şüvəlan yolu)), 122 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi), 184 nömrəli şəhərətrafı (Yeni Suraxanı qəsəbəsi – “Ulduz” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın 21-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gördüyün işin məhsuldarlığını necə artırmaq olar? -SƏHƏR OXUSU

ANAMA-nın 1 milyonluq tenderi ləğv edildi - Maliyyə vəsaiti yoxdur

Məşhur kriptovalyuta şirkətinin qurucusu ABŞ-a ekstradisiya ediləcək

"Medservis" 8 000 manat cərimələnə bilər

"DİBA" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Ukraynanın dövlət borcu rekord həddə çatıb

"BYD" fabrikində insan alveri qalmaqalı

Dövlət agentliyi məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin inşası neçəyə başa gələcək?

Milli Kitabxanadan yarım milyon manatlıq satınalma

"Xəzər Elektron"a niyə protokol tərtib olunub?

"OpenAI" daha çox kapital cəlb etmək üçün yeni struktur planlarını açıqladı

Məşhur serialın yeni mövsümü Koreya şirkətlərinin səhmlərini aşağı salıb

"Konfirom" MMC-yə xəta protokolu

Məşhur şirkətin Azərbaycan nümayəndəliyinə protokol tərtib olunub

Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manatı ötüb

Vardanyanın cinayət işi məhkəməyə göndərilib

Dövlət başçısı: AZAL-ın təyyarəsi Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalıb

Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanılıb

Prezident: Təyyarə qəzasının araşdırılması üçün beynəlxalq ekspertlərdən heyət fəaliyyətə başlayıb

Azərbaycan bu il ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb

203 milyard sərmayə, 1,6 milyon iş yeri... - Cənubi Koreya TSMC-yə rəqib yaradır

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Sərhədin 13 km-nin delimitasiyası aparılıb -RƏSMİ

Bu il 45 namizəd XİN sistemində diplomatik vəzifələrə təyin edilib

Azərbaycan XİN: Türkiyədə 3461 nəfərə ümumvətəndaş pasportu təqdim edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin