BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
62237

Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.

"Valyuta.az"a  bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard" sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan, "Business" sinfi üçün isə 72 manatdan başlayır.

Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-də isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq.

"Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə, Balakəndən Bakıya 9 saat 45 dəqiqəyə çatırdı. Yataq tipli qatarlarda sürətin oturaq tipli qatarlara nisbətən daha az olması bir neçə əsas amillə bağlıdır. Əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişsiz olması üçün sürət tənzimlənir ki, uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlər rahat yata, istirahət edə bilsinlər. Bir məqamı da qeyd etmək lazımdır ki, sərnişinlərin mənzil başına daha tez, yəni gecə yarısı çatması onlara çətinlik yaradır. Belə ki, digər ictimai nəqliyyat növləri gecə saatlarında işləmədiyi üçün sərnişinlərin stansiyadan son mənzilə çatması çətinləşir", - deyə məlumatda qeyd edilib.

ADY bildirir ki, sürətə dəmiryol infrastrukturu və texniki avadanlıq da təsir edir: "Yataq tipli qatarlarda çəkisi daha ağır olan avadanlıqlar və komfort üçün nəzərdə tutulmuş yataq yerləri mövcuddur ki, bu da yüksək sürətə imkan vermir. Oturaq qatarlarda isə sürət əsas prioritetdir, çünki bu qatarlardan daha çox gündəlik iş və sürətli səyahət üçün istifadə olunur. Dünya təcrübəsində də yataq tipli qatarlarda sürət adətən daha aşağı olur, çünki bu xidmətin məqsədi rahat gecə səyahətinin təmin edilməsidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gömrük qaydalarını pozan şirkət cərimələndi

Pul bazarlarına yeni vəsait axını: İki həftənin ən böyük artımı - "Reuters"

2024-cü ildə yüksəlişləri ilə diqqət çəkən 10 kriptovalyuta

Şuşa Şəhər Peşə Təhsil Mərkəzində 6,4 milyonluq təmir

Çin sənayesində ciddi mənfəət azalması

Futbolçu satışından ən çox pul qazanan klublar açıqlandı

Toxunduğu yer qızıla çevrilir - Ceff Bezosa görə 0,74 hektar boş torpaq 200 milyona satılır

DSX-nın 900 minlik tenderi niyə ləğv edilib?

Böyük şirkətlər qaçır... - Sinqapur birjası cəlbediciliyini itirir?

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin