BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7855
  • RUB
    1.6259
  • TRY
    0.0486
  • GBP
    2.1593
61690

Son günlər sərnişinlər taksi xidmətlərindən istifadədə çətinlik yaşayır. Günün istənilən saatında taksi xidmətindən istifadə mümkünsüz hala gəlib. Bəzi sürücülər bunu taksi sürüclərinin imtahanı ilə əlaqələndirir. Bildirirlər ki, sürücülərin çox hissəsi imtahandan kəsildiyi üçün taksilərin sayı azalıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, indiyə qədər imtahanlarda 5256 iştirak sayı (kəsilənlər yenə imtahan verir deyə iştirakçı yox, iştirak sayı) qeydə alınıb.

Bildirilib ki, onlardan cəmi 528 nəfər uğursuz nəticə əldə edib.

Trend-in sorğusuna cavab olaraq “Bolt” taksi şirkətindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, sərnişindaşıma xidmətlərində istismar müddəti 15 ildən çox olan avtomobillərin istifadəsi qadağandır.

"Bu səbəbdən köhnə avtomobillər mərhələli şəkildə sistemdən çıxarılır. Bunun nəticəsində, tələbat yüksək olaraq qalmaqda davam etsə də, təklifin azalması gününı pik saatlarında gözləmə müddətlərinin artmasına səbəb ola bilər", – deyə əlavə edilib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov taksi xidmətləri ilə bağlı yaranan problemi Trend-ə şərh edərkən bildirib ki, taksilərlə bağlı məsələ yenə gündəmə qayıdıb.

"Burada əsas məsələ ondan ibarətdir ki, taksilərin fəaliyyətində hər hansı bir yenilik və güzəşətlər olacaq mı?

Hazırda taksi fəaliyyətinin tənzimlənməsi keçid dövrü yaşayır. Qanunvericinin mükəmməlləşdirilməsi, o cümlədən, qanunvericiliyin tələblərindən yaranan çətinliklərin həlli, sərnişinlər arasında diskriminasiyaların aradan qaldırılması kimi məsələlər qısa müddətdə baş verəcək proseslər deyil.

Bunlar vaxt aparan proseslərdir. Ona görə də bu və digər formada proseslərə müəyyən dərəcədə yeniliklər qataraq, müəyyən işlərin görülməsi gələcək işlər sırasına daxildir", – deyə o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qarabağa avtobus reyslərinin yanvar ayı üçün biletləri satışa çıxarılır

11 ayda 174 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

Üç il ərzində 173 tələbənin kreditlərinin tam yarısı dövlət tərəfindən bağışlanıb

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək

“Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” təsdiq edilib

Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb®

Azərbaycanda abituriyent imtahan qaydalarını pozduğuna görə məhkum edilib

Bakıda mənzillər ən çox bu ərazilərdə bahalaşıb

Bəzi şərq rayonlarında, eləcə də Bakı və Abşeronda qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

Qızıl cüzi bahalaşıb

Azərbaycan nefti ucuzlaşıb

Naxçıvanda yeni yaradılan üç şirkətə 4 milyon sərmayə qoyulub - TƏFƏRRÜAT

Naxçıvanda yeni yaradılan üç şirkətə 4 milyon sərmayə qoyulub - TƏFƏRRÜAT

Yeni il bayramı ərəfəsində bazarlarda qiymətlər

Türk lirəsi və avronun ucuzlaşması davam edir - Məzənnə

“Bitcoin”in yaradıcısı olduğunu iddia edən şəxs cəzalandırılıb

Dövlət Komitəsi tədbirlərin təşkili üçün 5 milyon manat ayırıb

Niyə işləməliyik? - 7 səbəb - SƏHƏR OXUSU

Gömrük qaydalarını pozan şirkət məhkəmə qarşısında

"Eurofloor"a protokol yazılıb

"Volkswagen" böhrandan çıxmaq istəyir - Anlaşma yaxındır

Kripto oğurluğu rekord səviyyəyə yüksəlib - "Reuters"

Xıdırlı kəndi ilə bağlı 3,3 milyonluq layihə - Qeyri-yaşayış binaları tikiləcək

"All Star" şirkəti gömrük qaydalarını pozub?

"TikTok" sahibi "Apple"a "iPhone" satışlarını yaxşılaşdırmağa kömək edə bilər

"Rail Trans Service" məhkəmə qarşısında

"iPhone" sahibləri Al-a görə cihazların həddindən artıq qızması və boşalmasından şikayətlənir

Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"

Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"

Azərbaycan "D-8"ə qəbul edilib

Bu şəxslərə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin