Səhər saatlarında avtobuslarda POS-terminalların işləməməsinin SƏBƏBİ AÇIQLANDI
Bu gün səhər saatlarında Bakı şəhərində ictimai nəqliyyatında POS-terminallarla bağlı problem yaşanıb.
Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Bəzi marşrut avtobuslarında quraşdırılmış POS-terminalların işləməməsi səbəbindən sərnişinlər onlayn ödənişləri həyata keçirə bilməyiblər. Nəticədə sosial şəbəkələrdə də çoxsaylı şikayətlər yer alıb. Sərnişinlər bildiriblər ki, iş və təhsil müəssisələrinə vaxtında çatmaqda çətinlik çəkiblər. Bəziləri isə nağd pul ödənişinə məcbur qalıblar.
Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) faktı təsdiqləyib.
"BakıKart" tətbiqində aparılan təkmilləşdirilmə və sistemin texniki yenilənməsi ilə əlaqədar səhər saatlarında bəzi avtobus marşrutlarında ödənişlərin qəbulunda gecikmələr yaşanıb. Çətinlik tez bir zamanda aradan qaldırılıb", - deyə məlumatda bildirilib.
© Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay