Çin səsdən sürətli sərnişin təyyarəsi hazırlayır - Detallar
Çinin "Space Transportation" şirkəti səsdən sürətli "Yunxing" sərnişin təyyarəsi prototipinin uğurlu sınaq uçuşunu həyata keçirib.
Valyuta.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Qeyd olunur ki, uğurlu sınaqlar 2027-ci ilə planlaşdırılan tam ölçülü təyyarənin ilk uçuşuna yol açır. Çin şirkətinin məlumatına görə, təyyarə 4900 km/saata qədər kruiz sürəti inkişaf etdirə biləcək ki, bu da Avropada hazırlanmış əfsanəvi "Concorde"un uçuşundan təxminən iki dəfə yüksəkdir. Bu yolla "Yunxing" sərnişinləri cəmi 2 saat ərzində Pekindən Nyu-Yorka çatdıra biləcək.
Layihə haqqında əlavə heç bir təfərrüat təqdim edilməyib. Şəkil təhlili göstərir ki, "Yunxing" naməlum tipli iki mühərrik alacaq. Lakin təyyarənin ilk uçuşuna qədər konstruksiya daha bir neçə dəfə dəyişdirilə bilər.
Qeyd edək ki, dünyanın TOP-3 aviaşirkətlərindən biri olan "American United Airlines" səsdən sürətli sərnişin daşımalarını canlandırmaq istəyir. Bundan əvvəl müntəzəm olaraq sərnişin daşıyan yeganə səsdən sürətli təyyarələr yuxarıda adı çəkilən "Concorde" və Sovet Tu-144 idi. Hər iki təyyarə kritik çatışmazlıqlarına görə uzun müddət istismardan çıxarılıb - xüsusən, həddindən artıq səs-küy yaratması və yüksək əməliyyat xərcləri.
Bununla belə, Qərbdə indi səsdən sürətli yeni sərnişin təyyarələri fəal şəkildə hazırlanır ki, bu da artıq belə çatışmazlıqlara malik olmayacaq. Üstəlik, "United Airlines" hətta keçmişdə 15 perspektivli "Overture" səsdən sürətli təyyarəsi sifariş edib.
Xatırladaq ki, bu il təyyarənin tərtibatçısı - Amerikanın "Boom Technology" şirkəti "Uverture" istehsal edəcək zavod tikdiyini bəyan etmişdi.
© Qaynarinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay