BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
57786

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.

Bu barədə "Valyuta.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.

Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.

Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sığorta şirkətlərinin ikili oyunu

Dövlət idarəsi satışa çıxarılır - 115 min manat qiymət qoyuldu

İcra başçıları köməkçilərini də dəyişdi

Şumaxerin bolidi hərraca çıxarılıb

Mobil telefon operatorları müştərilərin kredit tarixçələrini onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcək

Bəzi yerlərdə dolu düşəcək, qar yağacaq

Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir

Qızılın qiyməti tarixi maksimumu yeniləyib - 2 730 dollar

Qızılın qiyməti tarixi maksimumu yeniləyib - 2 730 dollar

Çin istehsalı olan robot qaçış rekordu vurub (VİDEO)

Ermənistanda biometrik pasport və şəxsiyyət vəsiqələrininistifadəyə veriləcəyi tarix açıqlandı

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Xəzər dənizində zəlzələ olub

KİA-nın ilk pikap modeli Tasmanın satışa çıxış tarixi açıqlandı

Nağdlaşdırma zamanı niyə yüksək məbləğdə komissiya tələb olunur? (VİDEO)

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb (RƏSMİ)

“Kupça”sız evlər kütləvi satışda: Almaq qorxuludur?

KVN-in aktyoruna Azərbaycandan çıxış qadağan edilir

6G şəbəkəsi test edildi - Rekord sürət qeydə alındı

Dünya bazarlarında neft 73 dollara kimi ucuzlaşıb

NASA milyon dollarlıq müsabiqə ELAN ETDİ

Stripe 1 milyard dollara startap almaq üçün danışıqlar aparır

Britaniyada sentyabrda pərakəndə satışlar gözlənilmədən 0,3% artıb

"Amazon" işçilərini hədələdi: Uzaqdan işin ləğvindən narazı olanlar istefa versin!

Rusiyada ardıcıl üçüncü il xərçənglə mübarizəyə ayrılan xərclər azaldılacaq

Putin BRICS-in vahid valyutası ilə bağlı açıqlama verib

"Cahan Tabak Beynəlxalq" lisenziyasız mal idxal edib?

"Qualcomm "Windows"a alternativ "Mac mini"nin buraxılışını ləğv etdi

Ukraynanın Çinlə ticarət dövriyyəsi kəskin artdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin