"Ryanair" yüksək vergilərə görə Almaniyanın üç şəhərində uçuşları ləğv edir
2025-ci ilin yayından etibarən "Ryanair" Almaniyanın üç şəhərinə eyni vaxtda uçuşları dayandıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə aviaşirkətin baş icraçı direktoru Eddi Uilson məlumat verib.
"Ryanair" Dortmund, Drezden və Leypsiqdəki bütün əməliyyatlarını dayandıracaq və Hamburqa uçuşları 60% azaldacaq, nəticədə 1,8 milyon sərnişin itkisi olacaq", deyə Eddi Uilson bildirib.
Saksoniya üçün bu, Leypsiqin Londonla mövcud olan yeganə əlaqəsini itirməsi deməkdir. Drezdendən Mayorkaya uçuşlar artıq ləğv edilib, baxmayaraq ki, digər aviaşirkətlər marşrut üzrə uçuşlarını davam etdirəcək.
Eddi Uilson ümumilikdə "Ryanair"in tezliklə Almaniyadan 22 marşrutu ləğv etməli olacağını bildirib:
"Almaniya koronovirusdan əvvəlki trafikinin yalnız 82%-ni bərpa edib və bu, onu Avropanın ən pis aviasiya bazarına çevirib. Yüksək hökumət vergiləri və rüsumları (Avropada ən yüksək) və "Lufthansa"nın monopoliyasına görə, Almaniya vətəndaşları və ziyarətçiləri Avropada ən yüksək aviabilet qiymətlərini ödəyirlər".
Almaniyadan fərqli olaraq, "Ryanair" İsveç, İtaliya, Macarıstan və Polşa kimi Avropa İttifaqı ölkələrində potensialını artırır. Aviaşirkətin bəyanatında birbaşa olaraq Almaniya hökuməti hava nəqliyyatı vergisi və təhlükəsizlik ödənişlərini azaltmadığına görə tənqid edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay