BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
55286

Məlum olduğu kimi, Tarif Şurasının 17 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan tarixində ilk dəfə olaraq ödənişli avtomobil yolu üçün tariflər müəyyən edilib.

Valyuta.az xəbər verir ki, Tarif Şurası minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tona (3,5 ton daxil) qədər olan yük avtonəqliyyat vasitələri üçün hər kilometrə görə 9,3 qəpik tarif müəyyən edib. Yəni Azərbaycanda ödənişli yoldan istifadə edən minik avtomobili sahibləri hər kilometr üçün 9,3 qəpik ödəyirlər.

Onu da qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ödənişli yollardan istifadəni tətbiq edən ilk ölkədir. Digər 2 Cənubi Qafqaz ölkəsində - Gürcüstan və Ermənistanda ödənişli yollar mövcud deyil. 

Pullu yolların mövcud olduğu digər 2 qonşudan birində - Türkiyədə tariflər Azərbaycanla müqayisədə aşağıdır. Türkiyədə ödənişli avtomobil yolu üçün tariflər sonuncu dəfə ötən ayın 16-da qəbul edilib. Həmin qərara görə Türkiyənin paytaxtı Ankardan Niğdə şəhərinə qədər olan 275 km-lik məsafə üçün 410 lirə yol haqqı alınır. Bu isə o deməkdir ki, minik avtomobilləri üçün hər kilometrə görə 1,5 lirə (7,7 qəpik) qəpik tarif müəyyən edilib.

Şimal qonşumuz Rusiyada isə tariflər Azərbaycanla eyni səviyyədədir. Rusiyada ödənişli avtomobil yolu üçün tariflər sonuncu dəfə ötən ilin fevral ayının 18-də qəbul edilib. Həmin qərara görə Rusiyada minik avtomobilləri üçün hər kilometə görə 5 rubl (9,3 qəpik) qəpik tarif müəyyən edilb. 

Bunlardan başqa keçmiş SSRİ ölklərindən olan Ukraynada da ödənişli yollar mövcud deyil. Moldova və Belarusda isə fərqli tarif sistemi tətbiq olunur. Bu ölkələrdə ödənişli yollar üçün tariflər təkcə gedilən məsafəyə görə deyil, həm də vaxta əsasən müəyyən olunur. Məsələn, Moldovada ödənişli yollardan 15 gün istifadə etməyin haqqı 8 avro (15 manat) təşkil edir. Yəni, Moldovada 1 manat ödəyərək 1 gün ərzində ödənişli yollardan istifadə etmək mümkündür. 

Belarusda isə ödənişli yollardan 15 gün istifadə etməyin haqqı 18 avro (30 manat) təşkil edir.

© Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nüvə şirkətlərinin batareya yarışı - SƏHƏR OXUSU

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin