Nəqliyyat
11.04.2024 / 15:11
Naxçıvanda qaya uçqunu oldu, yol bağlandı (FOTOLAR)
46079
Güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrliyində qaya uçqunu baş verib.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətinədən Valyuta.az-a verilən məlumata görə, nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yolda təhlükəsiz hərəkət təmin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay