BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
38737

Xəbər verdiyimiz kimi, Bakının yeni Baş planı hazırlanaraq hökumətə təqdim edilib. Yeni Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub. Paytaxtda tramvay xəttinin qurulacağı xəbəri isə cəmiyyətdə maraqla qarşılanıb. Ekspertlər bunun həm də yol hərəkətinin təşkilinə və tıxacların aradan qaldırılmasına müsbət töhfə verəcəyini düşünür.

Nəqliyyat məsələləri üzrə Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında Azərbaycanda tramvay xətlərinin yaradılmasının real olduğunu və bu təcrübənin artıq mövcud olduğunu söyləyib.

Onun sözlərinə görə, tramvay xətlərinin yaradılması ictimai nəqliyyatın şaxələnməsinə gətirib çıxaracaq: "Bu gün ölkədə ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir və onların da vəziyyəti hər kəsə məlumdur. Həm alternativ kimi, həm də sərnişin daşınması üçün tramvayların olması vacibdir. Yaxşı olardı ki, rentabelli tramvay xətləri olsun. Bu, sadəcə turistlərin qarşısında şəkil çəkdirmələri üçün və yaxud da dekorativ xarakter daşıması üçün deyil, real ictimai nəqliyyat kimi çalışmalıdır".

Ekspert tramvay xətlərinin konkret olaraq hansı ərazilərdə çəkiləcəyinin Bakının yeni Baş planında öz əksini tapdığını vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bütün küçə və prospektlərdə deyil, nəqliyyatın hərəkətinə problem yaratmayan yerlərdə tramvay xətləri çəkilməlidir.

Bakının baş planında tramvaylarla bağlı məqamın öz əksini tapdığını xatırladan ekspert deyib ki, 2040-cı ilə qədər prosesin icrası nəzərdə tutulub: "Bu, o qədər də ağır bir proses deyil və onun reallaşması ictimai nəqliyyatın yükünə yalnız müsbət təsir göstərə bilər”.

E.Muradlı hesab edir ki, prosesə başlamazdan ən azı 5 il əvvəl artıq sürücü kontingentini yetişdirmək lazımdır: "Çünki bu gün avtobus sürücülərinə baxanda biz artıq problemin nə dərəcədə ciddi olduğunu görürük. Əvvəl sürücü avtobusu icarəyə götürüb işləyirdi və aylıq gəliri 1500 manatın üzərində olurdu. İndi isə avotobus sürücüləri çatışmır, 8 saatlıq iş rejiminə keçdikdən sonra onlar rəsmi maaşa işləməli olublar. Buna görə də sürücülərin əksəriyyəti artıq xarici ölkələrə üz tutublar. Gələcəkdə tramvay sürücülərini də yetişdirib onlara az maaş verdikdə bu işdən imtina etmək məcburiyyətində qalacaqlar. Yəni əsas məsələ prosesin fonuna nəzər yetirməkdir. Sonradan yaranmış problemlər də elə məhz fonda baş verir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin