İstifadə edilməyən piyada keçidləri - İnsanlar özlərini niyə riskə atır?
“8 Noyabr prospektində vətəndaşlar əgər yerüstü keçidlərindən istifadə etmirlərsə, bu barədə müvafiq qurumlar düşünməli və həmin piyadalar üçün bir çıxış yolu tapmalıdrlar ki, onlar yolun bir tərəfindən digər tərəfinə keçə bilsinlər”.
Bunu Valyuta.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov Bakının böyük prospektlərindən bir olan 8 Noyabr prospektində vətəndaşların yerüstü keçidlərdən istifadə etməmələri haqqında danışarkən deyib.
Eldəniz Cəfərov deyib ki, yerüstü piyada keçidlərinin müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri var:
“Yaşlı insanlar, əlilliyi olanlar, uşaqlar bu keçidlərdən keçərkən müəyyən çətinlik yaşayırlar. Hündürükdən qorxan insanlar da var ki, onlar da bu keçidlərdən istifadə etmirlər. Mənə görə ən təhlükəsiz piyada keçidi yeraltı piyada keçidlərdir. Əgər hansısa yolda maksimal sürət həddi 50-60km/saat-dırsa, onda həmin yola nizamlanan və nizamlanmayan eyni səviyyəli piyada keçidi yerləşdirmək olar. Ancaq bu o demək deyil ki, yerüstü piyada keçidləri bizə lazım deyil, bir alternativ kimi olmalıdır. Piyada keçidləri eyni səviyyəli, yeraltı və yerüstü olmalıdır”.
Nəqliyyat ekspertinin sözlərinə görə, belə yollarda qəza olsa da, həmin sürücülər məsuliyyətdən azad edilmir:
“Çünki “Yol hərəkəti haqqında” qanunla bu qaydalar tənzimlənir. Sadəcə yüngülləşdirici məqamlar ola bilər. Belə qəzalarda sürücünün günahının olub-olmaması aydınlaşdırılmalıdır. Bunu da artıq ekspertiza müəyyən edir”.
Həmsöhbətimiz əlavə edib ki, bu gün Bakı şəhərində olan eyni səviyyəli piyada keçidləri piyadalar üçün çox təhlükəlidir:
“Çünki avtomobil yolları qaranlıq olur, piyada keçidləri işıqlandırılmır, həmin ərazilərə lazımi işarələr qoyulmur, yol nişanları olmur. Bu da həm sürücü, həm də piyada üçün təhlükə yaradır. Düşünürəm ki, bu təhlükələri aradan qaldırmaq, piayadaların həyatını riskə atmamaq üçün piyada keçidləri ilə bağlı xüsusi layihələr olmalıdır. Piyada keçidlərinin işıqlandırılması olmalı, nişanlarla həmin piyada keçidi tənzimlənməlidir. Bu keçidlərdə svetoforlar olmalıdr. Belə olsa, piyadaların iştirakı ilə baş tutan qəzalarıv və piyada vurmalarının da sayı azalar”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay