Nəqliyyat
23.11.2023 / 17:30
İctimai nəqliyyata ziyan vuran şəxsləri hansı cəza gözləyir? (ŞƏRH)
37100
İctimai nəqliyyatdan istifadə edən şəxslər avtobuslarda, metroda yazılan bu elanla tez-tez qarşılaşır. Elanda bildirilir ki, ictimai nəqliyyata ziyan vuran şəxsləri məsuliyyət gözləyir.
Bəs nədir bu məsuliyyət?
Valyuta.az məsələni hüquqşünas Səməd Vəkilovla müzakirə edib.
Səməd Vəkilov bildirib ki, bir şəxs ictimai nəqliyyata qarşı belə əməl törətsə də, burda inzibati və cinayət tərkibi yoxdur.
“Əgər ictimai nəqliyyat hansısa bir özəl sahibkara məxsusdursa və o şirkətə məxsus nəqliyyat vasitəsinə dəymiş maddi zərərlə bağlı ancaq mülki qaydada iddia qaldıra bilər”.
“Mülki qaydada iddia qaldırılsa da burda maddi cəzanın müəyyən edilməsi fərdi yanaşma tələb edir”, deyə hüquqşünas əlavə edib.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay