BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
36252

Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlərin 70 faizi razılaşdırılıb. İlin sonuna kimi digər məsələlərə dair də razılıq əldə olunacaq.

Bu sözləri İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı dövlət şirkətinin icraçı direktoru Xeyrulla Xademi deyib. O bildirib ki, yolun tikintisinin maliyyələşmə qrafiki, yük daşıma imkanının artırılması, stansiyaların inşası, istismarın qaydaları haqqında Rusiya ilə razılıq əldə olunaraq sənəd imzalanıb.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolu Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq.

İranın Prezident Administrasiyasının rəhbərinin müavini Məhəmməd Cəmşidi İSNA informasiya agentliyinə verdiyi müsahibədə qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin gətirəcəyi gəlir neft satışından əldə olunan gəlirə bərabər olacaq. Onun sözlərinə görə Dəhlizin illik gəliri 20 milyard dollar həcmində olacaq.

İranın “Jam-e Jam” ( روزنامه جام جم ) qəzeti Dəhlizi “ticarətin qızıl yolu” adlandıraraq qeyd edir ki, 162 kilometrlik Rəşt-Astara yolu Rusiya ilə Hindistan arasında yükdaşımaları asanlaşdıracaq. Rusiya bu yolun tikintisinə 1,6 milyard avro həcmində sərmayə yatırması təsadüfi xarakter daşımır.

Nəzərə çatdıraq ki, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi əsas rol oynayan ölkədir. Bu Dəhlizin Azərbaycan üzərindən keçməsini nəzərə alan dövlət böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən quruldu. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verildi, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi artıq başa çatıb və yaxın günlərdə hər iki dövlət rəsmilərinin iştirakı ilə istismara veriləcək. Bütün bunlarla yanaşı Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir.

Azərbaycanın hələ SSRİ dövründən Rusiya ilə dəmir və avtomobil yollarına malik olması onun tranzit imkanlarını səmərəli edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-ci ildə ölkəmizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması prosesinə cəlb etməsi onun uzaqgörən strateji siyasi xəttindən xəbər verirdi. Mütəxəssislərin hesablamalarına əsasən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başladıqdan sonra Azərbaycan ildə 2,5-3 milyard dollar tranzit gəlir əldə edəcək.//azertac.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin