BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
35983

Metropoliten sistemində hər bir qatarın təhlükəsiz hərəkətini təmin etmək üçün onun işarəvermə sistemi ən vacib amillərdən biridir. Uzun illər bizim qatarların hərəkəti avtobloklama sistemi ilə təşkil olunurdu. Təbii ki, sonradan bizdə də sistemin təkmilləşdirmə işləri aparıldı və dünyanın bir çox ölkələrində olduğu kimi SAT (sürətin avtomatik tənzimlənməsi) sisteminə keçid oldu.

Valyuta.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində “Bakı Metropoliteni”QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, avtobloklama ilə müqayisədə daha təkmilləşdirilmiş idarəetmə sistemidir. Əvvəlki sistem belə idi ki, qatarlar iki maşinist tərəfindən idarə olunurdu. Hazırki sistem isə tək maşinist tərəfindən idarəetməyə imkan verir və təhlükəsizlik baxımından daha təkmil və dayanıqlıdır. Metro tunellərində qatarın dayanması, əyləcləmə sisteminin işə düşməsi də bu sistemin təhlükəsizlik tələblərindən irəli gəlir.

"Bu yolla qatarlar arasındakı məsafə qorunub saxlanılır və sərnişinlərin təhlükəsizliyi təmin olunur. Bu yaxınlarda Moskva metrosunda baş verən qəzanın da səbəbi bu idarəetmə sisteminin söndürülməsi olmuşdu. Sistem söndürüldüyündən qatar digər qatarla toqquşmuşdu. Kənar müdaxilə olmasa, bu sistemin insanların təhlükəsizliyi üçün kifayət qədər yetərlidir.

Qeyd edim ki, təkmilləşdirmə yerində saymır. Artıq istifadəyə verilən Bənövşəyi xətdə SAT sistemi ilə yanaşı, CBTC sisteminin elementlərindən istifadə olunur. Gələcəkdə xətdə qatarlar yalnız CBTC, başqa sözlə, radiodalğalarla idarə olunacaq. Bakı metropoliteni daim olaraq dünyadakı qabaqcıl yeniliklərlə maraqlanır və eyni zamanda onun əməli tətbiqi üzərində işlər görür", - deyə sədr müavini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin