Rusiyada aviabiletlər ən çox Azərbaycana ucuzlaşıb (SİYAHI)
2023-cü ilin oktyabrında Rusiyadan Azərbaycan, Ermənistan və Gürcüstana aviabiletlər sentyabr ayı ilə müqayisədə müvafiq olaraq 16%, 13% və 12% ucuzlaşıb.
Valyuta.az xəbər verir ki, Cənubi Qafqaz dövlətləri ruslar arasında ən populyar 10 ölkə arasında qiymətlərin enmə sürətinə görə lider oluib. Bu barədə gazeta.ru Aviasales aviabiletlərinin onlayn bronetmə xidmətinə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, indi Azərbaycana orta hesabla 29,5 min rubla (bir nəfər üçün bilet), Ermənistana 21,5 min rubla, Gürcüstana isə 41,2 min rubla uçmaq mümkündür.
Oktyabrda ruslar üçün ən populyar istiqamətlər onluğuna ölkə daxili reyslər, həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Belarusiya, Çin və Birləşmiş Ərəb Əmirlikləri də daxil olub.
Daxili reyslər, Belarus və Qazaxıstana aviabiletlər müvafiq olaraq 5%, 7% və 3% ucuzlaşaraq orta hesabla 12,7 min rubl, 13,4 min rubl və 29,4 min rubl təşkil edib.
Türkiyə, Qırğızıstan və Çinə uçuşlar müvafiq olaraq 9%, 1% və 4% bahalaşıb. Bu ölkələrə aviabiletin orta qiyməti 37 min rubl, 26,9 min rubl və 72,4 min rubl təşkil edib. Ən çox BƏƏ-yə aviabiletlərin qiyməti 21% artaraq 64,8 min rubla çatıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay