BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
34173

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat 2 ildən çoxdur nağd ödənişə qaytarılıb. 2021-ci il sentyabrın 28-dən avtobuslarda kart sistemindən istifadə edilməsinə başlanılsa da, bu natamamlıq cəmi 54 gün çəkib. Səbəb aidiyyəti qurumların 206 avtobus üçün aldıqları 210 validator aparatının keyfiyyətsiz və yararsız çıxması olub. Nəticədə külli miqdarda zərərlə yanaşı yüzlərlə vətəndaşın cibinə ziyan dəyib.

Qeyd edək ki, elə həmin vaxtdan “Sumqayıt Nəqliyyat” MMC tərəfindən Türkiyədən yeni validatorların gətirilməsi sifariş edilib. Amma hələ də yeni validatorların gətirilməsi barədə məlumat yoxdur.

Az müddət öncə Sumqayıtın nəqliyyat sistemi şəhər İcra Hakimiyyətinin tabeliyindən alınaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyinə verilib.

Şəhər sakinlərini narahat edən başlıca problemlərdən biri nəhayət ki, avtobuslarda gediş haqqı ödənişinin kart sisteminə keçirilməsinin nəticəsi ilə bağlıdır.

Maraqlıdır, Sumqayıtda fəaliyyət göstərən ictimai nəqliyyat kart sisteminə nə vaxt keçəcək və “BakıKat” Sumqayıtda da keçərli olacaqmı?

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Bizim.media-ya açıqlamasında bildirib ki, agentlik köhnədən miras qalan bütün məsələləri mərhələli şəkildə həll etmək niyyətindədir:

“Sumqayıt şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət ötən il AYNA-ya keçib. Hər şeyi sıfırdan qururuq. Ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib və işçi qrup yaradılıb. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Nağdsız ödəniş sisteminə keçidlə bağlı Sumqayıtda layihə hazırlanır”.

“BakıKart”ın Sumqayıtda tətbiqinə gəlincə, Tural Orucov bu barədə hələ məlumatın olmadığını vurğulayıb.

Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” MMC-nin tərəfdaşlığı ilə Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq  2021-ci ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub. Mərhələli şəkildə avtobuslarda xüsusi cihazlar - validatorlar quraşdırılıb. Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib.

Bu kartların ilk dəfə olaraq gediş haqqını təmassız ödəmə və NFC cihazları ilə ödəmə sistemini daşıyan funksiyalara malik olduğu bildirilsə də, tətbiqə başladığı gündən sərnişinlərə problem yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin