BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
34055

İranın yol və şəhərsalma naziri və İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iranlı həmsədri Mehrdad Bəzrpaş Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində iki ölkə arasında Astaraçay üzərində istifadəyə hazır olan avtomobil körpüsü haqda detalları açıqlayıb.

İranlı nazirin müsahibəsini təqdim edirik:

"İranın Azərbaycanla təxminən 700 km uzunluğunda sərhədi var. İki ölkənin zəngin müştərək tarixi, mədəni və sairə sahələrdə bağları vardır. İki ölkənin iqtisadi potensialları da tarixi və mədəni sahələrdəki kimi böyük ölçüdə inkişaf etdirilə bilər. Müxtəlif zaman kəsiklərində iki ölkə əlaqələrində müəyyən eniş-yoxuşlar mövcud olub.

İran və Azərbaycanın Şimal-Cənub Beynəlxalq Dəhlizində yer alması iki ölkənin iqtisadi cəhətdən əlaqələrinin yüksək səviyyədə olmasına imkanlar yaradıb. Azərbaycanda səfərdə olduğum müddətdə baş tutan görüşlərdə əsas diqqət çəkən məsələlərdən biri şimal-cənub və şərq-qərb dəhlizlərinin təkmilləşdirilməsi idi. Çünki bu dəhlizlər iki ölkənin iqtisadi əlaqələrinin yüksəlməsinə təkan verir. Bu dəhlizlər iki ölkənin iqtisadi inkişafına da öz töhfəsini verə bilər".

İranlı nazirin sözlərinə görə, İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə (9 sentyabr 2022) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.

"Yaxın gələcəkdə Şimal-Cənub Dəhlizinin bütün istiqamətlərdə (quru yol, dəmiryol, dəniz yolu) təkmilləşdirilməsi məqsədilə bu bəyannamənin yüksək səviyyədə imzalanacağı gözlənilir. İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə əməkdaşlıqların inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu istiqamətdə iclasların təşkil olunması nəzərdə tutulub. Region ölkələri arasında müştərək layihələrdən biri İran, Azərbaycan və Rusiya elektrik şəbəkəsinin sinxronlaşdırılmasıdır. Bununla əlaqədar müxtəlif işlər həyata keçirilib və gələcəkdə üç ölkə arasında elektrik mübadiləsinin şahidi olacağıq.

Yaxın vaxtlarda (2 ayadək) Astaraçay üzərində yeni körpü istifadəyə veriləcək. Bu körpü iki ölkənin ticarət mübadiləsində və yük tranzitində yeni imkanlar yaradacaq. Artıq Astaraçay üzərindəki körpünün tikintisi başa çatıb.

Hazırda həm İran tərəfində, həm də Azərbaycan tərəfində gömrük infrastrukturları yaradılmaqdadır. Körpünün ilk olaraq müvəqqəti şəkildə istifadəyə verilməsi, sonradan isə daimi şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulub", - deyə o, əlavə edib.

O qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında digər iqtisadi məsələlərdən biri hava reyslərinin artırılmasıdır. İki ölkənin mövcud potensiallarını nəzərə alaraq iş adamları, tələbələr və vətəndaşların asan şəkildə səfər etməsi üçün hava reyslərinin artırılması diqqət mərkəzində saxlanılıb.

"İran tərəfi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə birgə gəmiçilik şirkətinin yaradılmasını təklif edib. Azərbaycan tərəfi bu təklifə müsbət yanaşır. Azərbaycanlı nazir Azərbaycanın gəmiçilik şirkətləri ilə bu məsələni koordinasiya edəcəyini bildirib. Həm Azərbaycanın limanlarında böyük imkanlar var, həm də son illər ərzində İranın limanlarında investisiyalar yatırıldığı üçün imkanlar yaradılıb. Yüklərin mexanika vasitələri ilə yüklənib-boşaldılması üçün imkanlar var. İran bundan sonra da limanlarının inkişaf etdirilməsini qarşıya əsas məqsədlərdən biri kimi hədəfləyib. Birgə gəmiçilik şirkətinin yaradılması iki ölkənin dənizçilik sahəsində mövcud potensiallarından daha səmərəli şəkildə istifadə etməyə şərait yaradacaq.

İki ölkə arasında hidroqovşaqların tikilməsi üzrə əməkdaşlıq mövcuddur. Bu hidroqovşaqlardan biri Xudafərin hidroqovşağıdır. Bu hidroqovşağa yaxın zamanlarda su vurulacaq. Digər hidroqovşaq isə Qız Qalası hidroqovşağıdır.

Bu hidroqovşaqda tikinti işləri başa çatmaq üzrədir. Gələn üç ay ərzində tikinti işlərinin başa çatacağı gözlənilir.

Ordubad hidroqovşağının tikilməsi üzrə müəyyən ekoloji məsələlər var. Hər iki ölkədə bunun üzərində işlənəcək", - deyə M. Bəzrpaş vurğulayıb.

Nazir bildirib ki, iki ölkənin iqtisadi inkişafına kömək edə biləcək məsələlərdən biri preferensial ticarətdə endirimlərin nəzərdə tutulmasıdır:

"İki ölkədə daha çox istifadə olunan məhsulların mübadiləsi üzrə qərar verilib və siyahısı hazırlanıb, endirimlər nəzərdə tutulub. İki ay ərzində iki ölkənin aidiyyəti qurumları tərəfindən preferensial ticarətin elan olunacağı gözlənilir.

İran və Azərbaycan arasında iqtisadi əlaqələr üzrə tamamilə aydın perspektiv var. İki ölkə arasında müəyyən anlaşılmazlıqlar tezliklə aradan qalxacaq və iki ölkə arasında əvvəlkindən daha yüksək səviyyədə ticarət dövriyyəsinin şahidi olacağıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin