Sosial şəbəkələrdə ucuz bilet elanlarını kim yayır?
“Bu sahəyə dövlətini, hökumətini, xalqın sevən rəhbər təyin olunmayana qədər AZAL-da qiymət siyasəti belə də davam edəcək”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov AZAL-ın sosial şəbəkələrdə əhaliyə ucuz təklif etdiyi biletlərin qiymətindən danışarkən deyib.
Ekspert bildirib ki, 20 ildir bu barədə müzakirə aparılsa da, hələ problemlər qalmaqdadır:
“Sağlam rəqabət olmalıdır. Qurumda rəhbərlik dəyişildi, investisiya holdinq yarandı. Bu holdinq ona görə yarandı ki, dövlət şirkətlərinin ziyanla işləməsinin qarşısı alınsın və eyni zamanda da büdcə xərcləri azalsın. Özləri pul qazansın, xeyir gətirsinlər, bununla yanaşı xidmət də yüksək olsun. Amma biz bu gün onu görmürük”.
Ekspert qeyd edib ki, sərnişinə ucuz bilet lazımdır:
"Sərnişinə lazımdır ucuz bilet olsun, o da yoxdur. Amma hara baxırsan ucuz biletlərin satışı ilə bağlı müxtəlif elanlar verilir. 300 manatdan ucuz elanlara zəng vurursan deyirlər ki, satılıb, bitib, ya da başqa aya təklif edirlər. Bu gün Türkiyə, Rusiya, Gürcüstan, İtaliya, Fransada belə ucuz uçuşlar var. Bizdə büdcə relsləri mövcuddur, amma orada da qiymətlər AZAL-ın qiymətlərinə bərabərdir. Bu tənzimlənməlidir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay