Taksi sürücüləri üçün təlim - Onlar öz reytinqləri üçün bunu etməyə məcburdur
“Taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunmuş təlimlərdən keçməlidir. Onların mədəni, etik normalara sahib olmaları lazımdır ki, sərnişinlərə qarşı xoş münasibət göstərə bilsinlər”.
Bunu Valyuta.az-a nəqliyat məsələləri üzrə ekspert Yasin Mustafa ölkədə fəaliyyət göstərən bəzi taksi sürücülərinin təlimlərə cəlb edilməsi haqqında danışarkən deyib.
Yasin Mustafa bildirib ki, taksi fəaliyyətində də digər xidmət sahələrində olduğu kimi vətəndaşlara xidmət göstərilir, ona görə də müştəri məmnuniyyətini, müştəriyə qarşı davranış qaydalarını gözləmək lazımdır:
"Hazırkı pərakəndə, xaotik vəziyyətdə biz bunu görmürük. Amma normal qaydalarla bu iş tənzimləndikdən sonra hər bir taksi sürücüsü apardığı sərnişinə qarşı nəzakətli, səbirli olmalıdr. Çünki fərqli psixoloji, mədəni durumu olan insanlarla qarşılaşa bilər. Ola bilər ki, sürücü o insanlarla davranış qaydalarını bilmir, başqa sahələrdə çalışıb və ya bu vaxta qədər müştəri ilə təmasda olmayıb. Ona görə də bu qaydaları bilmələri vacibdir”.
Ekspert deyir ki, sürücünün bütün davranışları onların gələcək fəaliyyətlərindəki reytinqinə təsir göstərəcək:
“Sürücülər haqqında məlumatlar taksi şirkətlərinin istifadə etdiyi tətbiqlərdə öz əksini tapacaq. İndi bəzi taksi şirkətləri tətbiqlərdən istifadə etsə də, bu daha da genişlənəcək. Bu tətbiqlərdə sərnişinlər sürücülər barədə öz fikirlərini bildirə bilir. Bu da onların reytinqlərinə bir başa təsir edir. Dolayısı ilə sürücülərin nəzakətli, etik davranışları önların özlərinə xeyirdir. Bu da taksi fəaliyyəti sahəsində inkişafa, müştəri məmnuniyyətinə və ortadakı narazılıqların aradan qaldırlmasına səbəb olacaq”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay