BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
31692

Prezident İlham Əliyev avqustun 18-də "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanunla sərnişin və yük daşımaları sahəsində bir sıra yeniliklər olacaq, o cümlədən taksi kimi istifadə edilən nəqliyyat vasitələrində taksometrlər quraşdırılacaq.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin rəhbəri, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, yeni qanun taksi şirkətlərinin və sürücülərin məsuliyyətini artıracaq: "Bu sektorda çox ciddi dəyişikliklər olacaq. Məsələn, taksi operatoru kimi icazə almaq üçün 3 000 manat rüsum ödənilməlidir. Amma bu qaydalara riayət etməyən vəzifəli şəxslər 10 000 manat, hüquqi şəxslər isə 40 000 manata qədər cərimə ödəyəcək. Yəni çox böyük bir cərimə sanksiyası var. Hesab edirəm ki, bu işlə məşğul olan şəxslər öz məsuliyyətlərini dərk edəcəklər".

"Taksometr məsələsi çox ciddi müzakirələrə səbəb olub. Məncə, burada dövlətin yanaşması tamamilə ədalətlidir. Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə taksometrlərin alternativi ola biləcək mobil tətbiqlərdən istifadə imkanları mövcuddur. Taksi xidmətləri göstərən şirkətlərin mobil tətbiqləri vasitəsi ilə müştərilərdən sifariş qəbul etməklə yanaşı, taksini GPS vasitəsi ilə izləmək imkanı olacaq. Hətta burada sürücünün iş rejiminə və başqa məsələlərə də nəzarət etmək imkanları mövcuddur. Ona görə də taksi xidməti göstərən şirkətlərin sürücülərinin taksometrdən istifadəsi məcburi deyil", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslər də taksometr alıb-almamaqda azaddır: "Belə ki, əgər həmin sürücülər də mobil əlavələrdən istifadə edərlərsə taksometr alıb istifadə etməklərinə ehtiyac qalmır. Amma burada hələ də açıq qalan bəzi məsələlər var. Məsələn, fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslərin iş rejimi, işinin keyfiyyəti və s. məsələlər hələ də sual doğurur. Amma bir daha təkrar edirəm ki, hazırkı məqamda yanaşma tamamilə doğrudur. Çünki şirkətlərlə çalışan taksi sürücülərinin iş rejiminə nəzarət etmək mümkündür. Bu isə onların normadan artıq işləyib həm özlərinin, həm də sərnişinlərin həyatını təhlükəyə atmasına imkan verməyəcək”.

E.Muradlı yeni qanunun tariflərin artmasına səbəb olacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Artıq qiymət məsələsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətindədir. Qurum müəyyən edib ki, taksi sifarişi üçün minimal qiymət 2,5 manatdır. Təbii ki, şirkətlər bundan yüksək qiyməti də özləri xidmət keyfiyyətinə uyğun müəyyən edə bilər. Amma bu, şirkətlərə sui-istifadəyə şərait yaratmamalıdır. Yəni aşağı qiymətə sürücüləri istismar etmək olmaz. Göründüyü kimi, hazırda Azərbaycanda heç bir şirkətə qarşı sanksiya tətbiq edilmir, onlar ölkədən qovulmur. Sadəcə ölkədə taksi fəaliyyəti ilə bağlı yaranan xaosun başında bu şirkətlər dayanmışdı və onun qarşısını da almaq üçün müəyyən addımlar atılmalı idi. Addım atılmazdan əvvəl araşdırıldı, məlum oldu ki, qanunvericilik bazası möhkəm deyil. Bu şirkətlər də ondan istifadə edir. Bu səbəbdən də qanunvericilikdə dəyişikliklər edildi və onun bir hissəsi oktyabrdan, digər hissəsi isə 2024-cü il yanvarın 1-dən tətbiq ediləcək”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə “Report"un sorğusuna cavab olaraq bildirilib ki, yeni qanun taksi şirkətlərinə və sürücülərə yeni imkanlar açır. "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi ilə minik avtomobillərində taksometrin quraşdırılması tələbi daha da sadələşdirilib. Əvvəllər qanunvericilikdə taksi minik avtomobillərində xüsusi ölçü cihazı kimi yalnız taksometrlərin quraşdırılması tələb kimi əks olunub. Oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklik isə taksi sürücüləri üçün əlavə imkan yaradır. Belə ki, taksi minik avtomobillərində taksometr və ya bu cihazın funksiyasını yerinə yetirən proqram təminatı anlayışı qanunvericiliyə daxil edilib. Yəni məsafəyə uyğun gediş haqqını göstərən proqram təminatından istifadə edən taksi minik avtomobillərində taksometrin quraşdırılmasına ehtiyac yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin