BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
31687

Oktyabrın 1-dən Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslərə və fərdi sahibkarlara icazələr veriləcək, onların qüvvədə olma müddəti 7 ildir.

Valyuta.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilir ki, icazələri “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunların tələblərinə uyğun olaraq AYNA verəcək. Məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarını qorumaq, bu sahədə haqsız rəqabətin və inhisarçılığın qarşısını almaq, daşımaların təhlükəsizliyini, ətraf mühitin və əməyin mühafizəsini təmin etməkdir.

Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində sifarişli daşıma ilə, yəni qeyri-müntəzəm sərnişindaşıma, eləcə də, yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul olmaq istəyənlər isə buraxılış vəsiqəsini əldə etmək üçün 125 manat dövlət rüsumu ödəməlidirlər. Buraxılış vəsiqəsi əldə edən hüquqi şəxslər və ya fərdi sahibkarların nəqliyyat vasitələrinə verilən icazənin əlavəsi olaraq buraxılış kartı alması da mütləqdir. Bunun üçün tələb olunan dövlət rüsumu isə 25 manatdır.

Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları üçün də buraxılış vəsiqəsi və buraxılış kartı tələbi müəyyən edilib. Bu fəaliyyət növü üçün buraxılış vəsiqəsi 250 manat, buraxılış kartı isə 75 manat dövlət rüsumu ödənilməklə təqdim olunacaq.

“Avtomobil nəqliyyatı haqqında” Qanunun tələbinə əsasən ölkə ərazisində taksi sifarişi operatoru fəaliyyəti də icazə əsasında mümkün olacaq. Sözügedən icazə növü üçün dövlət rüsumu 3000 manatdır.

Hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan icazələri əldə etmək üçün “Avtomobil nəqliyyatı haqqında” Qanunda tələb olunan sənədləri AYNA-ya təqdim etməlidirlər.

Avtomobil nəqliyyatı haqqında qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yaradır və buna yol verən şəxslərə qarşı cərimə tətbiq olunacaq. Belə ki, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 1 000 manat cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 2 000 manat cərimələnir.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 80 manat cərimələnir.

Buraxılış vəsiqəsi, yəni icazə olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 2400 manat cərimələnir.

Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 100 manat cərimələnir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə də cərimə nəzərdə tutulub. Belə ki, qeyd olunan xətalara yol verən vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 20000 manat cərimə olunacaq.

Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmi yaratmayan və ya həmin mexanizmi fəaliyyət göstərməyən vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər isə 20000 manat cərimələnəcək.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin