BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
31629

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov dünən verdiyi açıqlamada bildirib ki, statistikaya əsasən, 38 min 940 nəfər “Azparking” tətbiqində qeydiyyatdan keçib. 1315 nəfər tətbiqdə balansın artırılması əməliyyatını həyata keçirib. 

Nazirin müşaviri qeyd edib ki, avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçirilir.

Bəs parklanmaya görə ödənişlərin nağdız qaydada yığımı uğurlu olacaqmı? Bu üsul öz effektini göstərəcək?

Valyuta.az bu sualları nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ilə müzakirə edib. 

Eldəniz Cəfərov deyib ki, parklanma ödənişlərinin yeni mobil tətbiq və SMS sistemi ilə ödənilməsi müasir üsullardır:

“Ona görə də düşünürəm ki, mərhələli şəkildə bu üsul öz effektini göstərəcək”.

Ekpert deyir ki, bunun üçün müəyyən məsələlərin həlli ümün zamana ehtiyac var:

“Məsələn, vətəndaşların mobil tətbiqə, yeni sistemə öyrəşməsi, Bakı şəhərində olan bütün parklanma yerlərinin həmin mobil tətbiqə daxil edilməsi, ünvanların şəffaflaşdırılması və s. bir az vaxt aparacaq. Lakin vətəndaşlar dövlətin balansında olan parklanma yerləri hansı ünvanlardadır, mobil tətbiqdən necə istifadə olunur və s. məsələləri biləndən, tətbiqə alışandan sonra bu problemlər də geri də qalacaq”. 

Qeyd edək ki, iyul-un 25-də Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı qüvvəyə minib. Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin