Dəniz daşımalarının həcmi artıb: Səbəb nədir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 5 341,5 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,8 faiz çoxdur.
Valyuta.az-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənovun fikrincə, dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin artmasında Rusiya-Ukrayna konflikti fonunda Şərq-Qərb dəhlizi üzrə marşurutun daha intensiv xarakter alması əsas rol oynayıb:
“Bu müharibə fonunda Rusiyadan keçməklə Asiya ilə Avropanı birləşdirən şimal dənizindən istifadə imkanı məhdudlaşdı. Burada təbii ki, sanksiyaların da rolu olub. Beləliklə, Şərq-Qərb dəhlizindən istifadə meyli gücləndi. Asiya və Avropa şirkətləri Azərbaycan üzərindən keçən bu dəhlizə alternativlərdən biri kimi baxdı. Belə vəziyyət 2022-ci ilin nəticələrinə də özünü əhəmiyyətli səviyyədə göstərib. Həmin dövrdə dəniz nəqliyyatı ilə tranzit daşımalarının həcmində 65 faizə yaxın artım qeydə alındı. Anoloji proses göründüyü kimi, 2023-cü ildə də davam edir”.
Amma ekspert təəssüflə qeyd edir ki, Azərbaycan yaranmış bu bazar konyukturundan tam istifadə edə bilmir:
“Çünki Orta dəhlizin özünün də müəyyən çatışmamazlıqları var. Xüsusən də Çinlə Qazaxıstan arasında yük götürmə imkanlarının məhdudluğu, Xəzər dənizində limanlar məsələsi və Türkiyədəki stansiyaların götürmə gücünün məhdudluğu potensialdan tam şəkildə istifadə etməyə imakn vermir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay