Bakı yolları yeni dərs ilinə hazırdır? - "Bu, dövlət qurumlarının məsuliyyətini azaltmır"
“Yeni dərs ilinin, yeni iş mövsümünün başlaması ilə yenə əvvəlki qayda ilə bu proseslərlər davam edəcək, yenə tıxac, sıxlıq olacaq. Çünki bu məsələnin həlli bağlı hələlik real addım atılmayıb”.
Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert “Bakı yolları yeni dərs, iş ilinə hazırdırmı” sualına cavab verərkən deyib.
Ekspert bildirib ki, yayboyu xırda nüanslar həll olunsa da, bu, çətinliklərin qarşısını almağa yetərsiz olacaq:
“İctimai nəqliyyatda bəzi marşrutlar, bəzi yeni avtobusların alınması, xətlərlə bağlı yenilik, tətbiq olunan qayda pozuntularına görə cəzalarla bağlı atılan addımlar az da olsa var, amma bunlar belə böyük prosesin, əngəllərin, çətinliklərin qarşısını almağa yetərsiz olacaq. Buna görə də təəssüflə qeyd edirəm ki, yeni dərs ili, yeni iş ili başlayanda günün pik saatlarında yenə də tıxaclar, sıxlıq olacaq”.
“Bəs vətəndaşlar bu tıxaclarda zaman itirməmək üçün nə edə bilər” sualına cavab olaraq ekspert bildirib ki, dövlət qurumları ilə bərabər, hər bir şəxs fərdi şəkildə bu məsələnin həllində öz töhvəsini verməlidir:
“Hər bir şəxs, sürücü, sərnişin özünə, işinə uyğun seçim etməlidir. Hazırda şagirdlərin yerdəyişmə dövrü başlayıb, imkan varsa, valideynlər övladlarını ən yaxın məktəblərə yerləşdirsinlər. Mənzil alarkən yaxınlığa üstünlük versinlər. Çünki bu vacib məsələdir. Şəhərin bir başında işləyib, digər tərəfində yaşayan insan hər gün sıxlıqda olacaq, hər gün tıxaca düşəcək. Lakin bu, dövlət qurumlarının bu məsələdə məsuliyyətini azaltmır. Onlar da öz üzərinə düşən məsələləri həll etməlidir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay