Yeni parkinq tarifləri problemləri həll edəcək? (ŞƏRH)
Bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Xatırladaq ki, iyunun 25-də baş nazir Əli Əsədov "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" barədə qərar imzalayıb. Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Parklanma ilə bağlı yeni tariflərin qüvvəyə minməsi paytaxtın parklanma probleminin həllinə necə təsir göstərəcək?
İqtisadçı ekspert Natiq Cəfərli Valyuta.az-a açıqlamasında bildirib ki, yeni qaydaların tətbiqilə parklanma problemi həllini tapmayacaq, müəyyən təsiri olacaq, amma problemi kökündən həll etməyəcək:
“Parklanma problemi bir tək qiymətlərin artırılması ilə həll olunsaydı, bu praktikanı artıq tətbiq edən ölkə və şəhərlər çoxdan həmin porblemdən yaxa qurtarardılar. Hələ də böyük meqapolislərdə parklanma ilə bağlı qalmaqda davam edir. Hansı ki, həmin meqapolislərin bəzilərində parklanmanın qiymətləri Azərbaycandan qat-qat bahadır. Bu da o anlama gəlir ki, parklanma tariflərinin artırılması problemi kökündən həll etməyəcək. Yalnız müəyyən düzənin yaranması üçün təsirləri olacaq.
Problemin kökü odur ki, avtomobillərin sayı çox olan yerlərdə alternativ parklanma imkan və fürsətləri yaradılmayana qədər, təkcə cərimələr və ya ödənişli parkinqlərlə məsələ həll olunmayacaq. İnsanların ictimai nəqliyyata daha çox üstünlük verməsini təşviq etməliyik. Bir çox şəhərlərdə bu velosiped yollarının artması ilə həllini tapdı. Hökumət problemin bir neçə istiqamətdə həlli yolları barədə düşünməlidir. Türkiyədə bu məsələ böyük şəhər bələdiyyəsinə verilib. Azərbaycan da buna gedə bilər”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay