BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
30508

Xəbər verdiyimiz kimi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb.

Cərimələr artırılan qaydaların əksəriyyəti təhlükəsizliklə bağlı olan maddələrdir. Bəs cərimələrin artırılması qəzaların sayını azaldacaqmı?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanuna edilən dəyişikliklərin səbəbi məhz sürücülərin törətdiyi əməllərin nəticəsidir. Yol hərəkəti qaydaları hansı istiqamətdə pozulurdusa, cəzaların sərtləşdirilməsi də məhz həmin maddələr üzrə baş tutub.

"Cəzaların sərtləşdirilməsi əsasən sürət həddinin aşılması, işıqforun qırmızı işığında keçilməsi, narkotikin təsiri altında avtomobil idarə olunması, sərnişindaşıma zamanı edilə qayda pozuntuları ilə bağlıdır.

Təssüf ki, avtobuslarda da qayda pozuntularına xeyli sayda rast gəlinir. Sərnişinlə dolu avtobuslar yanacaqdoldurma məntəqəsinə daxil olur, yolun əks hərəkət istiqamətinə çıxaraq ötmə əməliyyatı edir. Bütün bu pozuntuların nəticəsində də yol nəqliyyat hadisələri baş verir", deyə o, qeyd edib.

Onun sözlərinə görə, son zamanlar respublika əhəmiyyətli yollarda sürət həddilə bağlı dəhşətli qəzalar baş verir, ölüm sayı çox yüksək olur. Cərimələrin artırılması da bu istiqamətə yönəlib.

"Gələcəkdə mənəvi cəzalar da tətbiq olunmalıdır. Bir insan sürət həddi 100 km/saat olan yerdə, 180-200 km/saat sürətlə gedirsə, ya həmin şəxsin pisixi problemi var, ya da pulu çoxdur.

Bəziləri "pulum var edirəm" düşüncəsilə özünə haqq qazandırır. Bu formada sürət həddini aşanlar başqa cəzalara yönləndirilməlidir. Həmin şəxslərin sürücülük vəsiqəsi alınmalıdır və mütləq qayda da onlardan sağlamlıq arayışı tələb olunmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin