BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
21153

Samir Əliyev
İqtisadçı ekspert

Lüksemburq dünyada ilk ölkə olaraq 2020-ci ilin mart ayından başlayaraq bütün nəqliyyat növləri (avtobus, tramvay, qatar) üzrə gedişi pulsuz edib.  Malta 2022-ci ilin oktyabr ayının 1-dən analoji addımı atmağa hazırlaşır. Almaniyada bu barədə artıq müzakirələr başlayıb.  

Bir sıra ölkələrdə ölkəboyu olmasa da ayrı-ayrı şəhərlərində pulsuz ictimai nəqliyyat sistemi mövcuddur. Məsələn, Estoniyanın paytaxtı Tallin şəhərində xeyli vaxtdır əhali nəqliyyat xidmətinə görə ödəniş etmir. Belçikanın Hasselt şəhərində isə 1997-ci ildən ictimai nəqliyyat istifadəyə görə əhali pul ödənişindən azad olunub. Qiymətləndirmələrə görə, bunun nəticəsində 2006-cı ildə istifadəçilərin sayı 13 dəfə artıb.  

Ümumilikdə dünyanın 100-ə qədər şəhərində ictimai nəqliyyatdan istifadə haqqı bu və digər formada güzəştlər tətbiq edilir: bəzi ölkələrdə bütün şəhər əhalisinə, bəzilərində müxtəlif yaş qruplarına (məsələn, pensiyaçılara).

Hazırda dünyada ictimai nəqliyyatın gediş haqqından azad olunması tendensiyası müşahidə edilir və daha çox hökumətlər bu barədə düşünməyə başlayıb. Bunun əsas səbəbi havanın çirklənməsini minimuma endirməkdir. 

Bir dəfə Parisdə özüm şahidi olmuşdum. Hökumət çirklənməni azaltmaq məqsədilə şəhərdaxili metro və tramvaydan istifadəni 10 gün müddətinə pulsuz etmişdilər. Bununla insanları havanı çirkləndirən şəxsi avtomobil və avtobuslardan çəkindirməyə çalışırdı. 

İnsanların ictimai nəqliyyata yönləndirilməsinin digər səbəbi də şəhərdə tıxacların azaldılmasıdır, parklanma yerlərində yüklənməni azaltmaqdır.

Azərbaycanda isə situasiya tamamilə fərqlidir. Bir neçə gün öncə mətbuatdan oxudum ki, xeyli sayda nəqliyyat şirkəti gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. Dünyada gedən tendensiyaların əksinə olaraq Azərbaycanda ictimai nəqliyyatdə gediş haqlarının artırılması tendendiyası mövcuddur. Dövri olaraq müxtəlif şirkətlər tarifərin aşağı olmasını əsas gətirərək onun qaldırılması təşəbbüsü ilə çıxış edirlər. Hökumət qiymət artımının müzakirə edilmədiyi bildirsə də, böyük ehtimalla yaxın aylarda hökumət Tarif Şurası vasitəsilə qiymət artımı qərarını edəcək.  Artımın nə qədər olacağını demək çətindir. Əsaslandırma da yəqin ki bir tərəfindən neft və qazın bahalaşması fonunda yanacağın və sıxılmış qazın qiymətinin artması, digər tərəfdən pademiyanın dünyada logistika zəncirində problemlər yaratması səbəbindən ehtiyat hissələrinin bahalaşması olacaq. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasının vacibliyi də artımı əsaslandıran amil olaraq vurğulanacaq. 

Şəhərdə havanın çirkənməsindən, tıxacların yaranmasından, parklanma yerlərinin olmamasında şikayətlənirik, ancaq bu problemlərin həllinə töhfə verən ictimai nəqliyyat xidmətinin keyfiyyətini artıra bilmirik. Hökumət insanların şəxsi avtomobildən ictimai nəqliyyata yönəltmək üçün qiymətləri cəlbedci etmək əvəzinə onu bahalaşdırmağa barədə düşünür.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində əhalinin sayı 1 milyon nəfər azaldı

"Xalq Sığorta" və "PAŞA Sığorta" yenə şikayətlər üzrə liderdir

"Xalq Sığorta" və "PAŞA Sığorta" yenə şikayətlər üzrə liderdir

“Aqroservis” ASC-ninnizamnamə kapitalı dəyişdirilir

Ölkədən çıxan hər maşın üçün 150 manat vəsait ödənilib - 326 milyonluq əməliyyat

Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır

Rubl, lirə ucuzlaşdı - Günün Məzənnəsi

Yeni "Aston Martin" avtomobillərində problem aşkarlandı

2025-ci ildə kriptovalyuta sahəsində nələr baş verəcək? - "Phemex"in proqnozları - SƏHƏR OXUSU

"Google"un axtarış bazarındakı payı 9 ildən sonra ilk dəfə azaldı

Sem Altman uğur üçün zəruri olan bacarıqları açıqladı

Dövlət investisiyaları ilə bağlı 3 milyonluq layihə

"Apple" Çin smartfon bazarında mövqelərini itirir - Satışlar kəskin azalır

Estetik əməliyyatlardan sonra çoxalan ölümlər - Xəstələrə nəzarət necə olmalıdır?

39 tenderin qalibi etibarsız təchizatçı elan edildi

ABŞ üçün "qızıl dövr" proqnozu: Trampın dəstəyi ilə iqtisadi yüksəliş gözlənilir

"Qarabağ Sərnişin Daşıma" MMC cərimələnir

Məktəbəqədər təhsil müəssisələrində yemək nəzarəti üçün 76 milyonluq vəsait ayrıldı

"Morgan Stanley" IV rüb hesabatını açıqladı - 2 dəfədən çox artan mənfəət

Elektromobil təkmilləşdirən şirkətə 100 milyon dollar investisiya yatırılıb

"Fed" 2025-ci ilin ilk yarısında faiz endirimlərinə işarə edir

Beynəlxalq Əmək Təşkilatının növbəti hesabatı yayımlanıb

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Şirkət rəhbəri əməkdaşın maaşını gecikdirdiyinə görə 3000 manat cərimələnir

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin