BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
21123

Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Valyuta.az-ın məlumatına görə, müraciətdə deyilir ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb.

Buna baxmayaraq hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir.

Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb. Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə Bakıda tətbiq edilən tarifin qonşu ölkələrlə müqayisəsi aparılıb: “Təkcə 2022-ci ildə qonşu ölkələrə nəzər saldıqda məlum olur ki, ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyəri artıb.

Həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi 4 mart 2019-cu il tarixli qərarla sərnişindaşıma şirkətləri qarşısnda bir sıra vacib tələblər müəyyənləşdirilib. Bu tələblərdən biri 1 yanvar 2025-ci il tarixindən etibarən Bakı şəhərində yalnız elektrik və ya CNG (sıxılmış təbii qaz) yanacağı ilə çalışan avtobusların istismara qəbul ediləcəyi ilə bağlıdır.

Ötən illərdə tərəfimizdən avtobus parkının yenilənməsi, müasir AVRO tələblərə cavab verən avtobus nəqliyyat vasitələrinin alınması istiqamətində bir sıra addımlar atılıb, avtobus parkımızın müəyyən hissəsini mövcud tariflərə baxmayaraq yeniləyə bilmişik. Lakin məlum qərarın müəyyənləşdirdiyi tələblərə cavab verən avtobusların qiyməti xeyli bahadır və həmin nəqliyyat vasitələrini alaraq istismara qəbul etməyimiz hazırki tariflərlə mümkün deyildir.

Hazırda yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir. Həmçinin 2 ildən artıqdır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına səbəb olub. Ümumilikdə isə sektorda 6 min nəfərdən çox şəxs çalışır ki, bir ailədə orta hesabla 4 nəfərin olduğunu nəzərə alsaq ictimai nəqliyyatda gedişhaqqının məbləği 24 min nəfərdən çox insanın sosial təminatı baxımından əhəmiyyətlidir.

Müraciəti aşağıdakı şirkətlər imzalayıb:

1. “Xaliq Faiqoğlu” MMC

2. “Çinar Trans” MMC

3. “General- Auto- Company” firması

4. “Kral Transport” MMC

5. “Azlənd Plaza” MMC

6. “Ayşən” MMC

7. “Bus Trans” MMC

8. “Monella” MMC

9. “VƏTƏN.AZ-TRANS” MMC

10. “Dördüncü Blok” MMC

11. “VƏTƏN Firması” MMC

12. "ÜÇ QARDAŞ" MMC

13. "6 DOST" MMC

14. "BMH" MMC

15. "GRAND BUS" MMC

16. KƏNAN-2000 ŞİRKƏTİ” MMC

17. "STATUS AVTO" MMC

18. "TRANSKONTROL" MMC

19. "ŞİDLİ-A.İ" MMC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

İlham Əliyevlə İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Gürcüstan səfirliyinin yeni binası bu ünvanda yerləşəcək

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi

Hakan Fidan sabah Azərbaycana gələcək

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb

Mask, Bezos, Zukerberq, Kuk... - Texnologiya nəhənglərinin Trampın andiçməsində nə işi var?

Bu il hansı sahənin mütəxəssislərinə daha çox tələb olacaq?

Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır

Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizində əməkdaşlıq haqqında memorandum imzalayacaq

Süni intellektlə yeni dələduzluq üsulu yayılıb

Dünyanın ən böyük akkumulyator zavodu yanır

Bu şəxslərə ayda 1000 manat veriləcək - RƏSMİ

Bu şəxslərə ayda 1000 manat veriləcək - RƏSMİ

Göyçayda 9 kəndi birləşdirən yolların yenidən qurulması yekunlaşıb

Şənbə gününün hava proqnozu

İsa Həbibbəyli bu vəzifəsindən azad edildi

Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin