BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
20729

Novruz bayramının qeyd edildiyi günlərdə Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni” QSC-dən Ann.az-a verilən məlumata görə, mart ayının 19-dan 22-dək şəhər mərkəzinə, bayram gəzintisi məkanları və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli nəzərdə tutulub.

Sərnişin axını və sıxlığı nəzərə alınmaqla, bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılaraq, zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.

“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, bayram günlərinin xoş ovqat şəraitində keçirilməsi və fəsadların yaşanmaması üçün neqativ hallara yol verilməməsini rica edir. Unutmayaq ki, hər bir sərnişinin mənzil başına rahat və təhlükəsiz çatdırılması metropolitendən istifadə qaydalarına, ictimai asayişin və metodiki göstərişlərin müvafiq tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsindən asılıdır.

Onu da əlavə edək ki, mart ayının 19-20-də metropolitenin “İçərişəhər” stansiyasında sərnişinlərə Novruz bayramına həsr edilmiş zəngin şou-proqram təqdim ediləcək. Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xalq Sığorta" və "PAŞA Sığorta" yenə şikayətlər üzrə liderdir

"Xalq Sığorta" və "PAŞA Sığorta" yenə şikayətlər üzrə liderdir

“Aqroservis” ASC-ninnizamnamə kapitalı dəyişdirilir

Ölkədən çıxan hər maşın üçün 150 manat vəsait ödənilib - 326 milyonluq əməliyyat

Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır

Rubl, lirə ucuzlaşdı - Günün Məzənnəsi

Yeni "Aston Martin" avtomobillərində problem aşkarlandı

2025-ci ildə kriptovalyuta sahəsində nələr baş verəcək? - "Phemex"in proqnozları - SƏHƏR OXUSU

"Google"un axtarış bazarındakı payı 9 ildən sonra ilk dəfə azaldı

Sem Altman uğur üçün zəruri olan bacarıqları açıqladı

Dövlət investisiyaları ilə bağlı 3 milyonluq layihə

"Apple" Çin smartfon bazarında mövqelərini itirir - Satışlar kəskin azalır

Estetik əməliyyatlardan sonra çoxalan ölümlər - Xəstələrə nəzarət necə olmalıdır?

39 tenderin qalibi etibarsız təchizatçı elan edildi

ABŞ üçün "qızıl dövr" proqnozu: Trampın dəstəyi ilə iqtisadi yüksəliş gözlənilir

"Qarabağ Sərnişin Daşıma" MMC cərimələnir

Məktəbəqədər təhsil müəssisələrində yemək nəzarəti üçün 76 milyonluq vəsait ayrıldı

"Morgan Stanley" IV rüb hesabatını açıqladı - 2 dəfədən çox artan mənfəət

Elektromobil təkmilləşdirən şirkətə 100 milyon dollar investisiya yatırılıb

"Fed" 2025-ci ilin ilk yarısında faiz endirimlərinə işarə edir

Beynəlxalq Əmək Təşkilatının növbəti hesabatı yayımlanıb

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Şirkət rəhbəri əməkdaşın maaşını gecikdirdiyinə görə 3000 manat cərimələnir

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin