Nəqliyyat
27.02.2022 / 17:27
AZAL: Rumıniyadakı Azərbaycan vətəndaşları üçün çarter reysi təşkil olunacaq
20203
Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulub.
"Azərbaycan Hava Yolları" QSC-dən Valyuta.az-a verilən məlumata görə, həyata keçiriləcək çarter reysi ilə Rumıniyadan 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.
Eyni zamanda, Türkiyənin "Tailwind" aviaşirkəti ilə daha 168 vətəndaş Bakı şəhərinə çatdırılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay