Nəqliyyat
08.02.2022 / 15:07
Ötən il gömrükdə hibrid avtomobillərdən nə qədər rüsum yığılıb? (RƏSMİ)
19460
“Ötən il istehsal müddəti son 3 ili keçməyən hibrid minik avtomobillərinin idxalı zamanı əlavə dəyər vergisi üzrə 7 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”.
Vayuta.az xəbər verir ki, bunu “Report”a müsahibəsi zamanı Dövlət Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, cari ildə azadolmaların tətbiqi şübhəsiz ki, bu qəbildən olan avtomobillərin idxal həcmini artıracaq:
“Ümumiyyətlə, cari ildən bu dəyişikliklərin edilməsi fiskal siyasət baxımından yox, sosial siyasətin həyata keçirilməsinə xidmət etməklə, ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini stimullaşdıracaq və eyni zamanda avtomobil parkının yenilənməsinə əlverişli şərait yaradacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay