Bakıətrafı qəsəbələrin yol pulu problemi: gedişhaqqı necə hesablanır? (VİDEO)
Bəzi sərnişinlər gedişhaqqının avtobusun getdiyi son dayanacağa görə hesablanması qaydasından narazıdırlar. Onlar deyirlər ki, az yol gedirəmsə, uzaq yolun pulunu niyə ödəməliyəm? Ekspertlər məsələ ilə bağlı maraqlı həll yolu təklif edirlər.
Bu sərnişin eyni xətt üzrə hərəkət edən marşrut avtobuslarında məsafədən asılı olaraq gedişhaqqı tələb olunmasını istəyir. Xüsusilə də şəhərətrafı və qəsəbələrarası istiqamətlərdə hərəkət edən avtobuslardan istifadə edən sərnişinlər deyirlər ki, əgər marşrut xəttinin ümumi uzunluğu 50 kilometrdirsə və sərnişin cəmi 30 kilometr yol gedibsə, buna uyğun da ödəniş etməlidir.
Bəs belə hallarda gedişhaqqı qiyməti necə tənzimlənməlidir? Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, hazırkı gedişhaqqı məbləği avtobusun getdiyi maksimum məsafəyə görə hesablanır. Ekspert bunu düzgün hesab etmir və dünya təcrübəsində bu problemin həll yolunun olduğunu bildirir.
Ərşad Hüseynovun sözlərinə görə, gedişhaqqı məbləğinin məsafəyə görə tənzimlənməsi daha ədalətlidir və bu sistemin tətbiq olunması mümkündür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay