Ucarda 200-ə yaxın sakinin yaşadığı kəndin yolu keçilməz haldadır - FOTOLAR
Ucarın Çiyni kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna məlumat verən yerli sakinlər bildiriblər ki, Bakı-Qazax magistralından rayonun Bərgüşad kəndinə qədər olan 16 kilometrlik yol 2019-2023-cü il Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində asfaltlaşdırılıb:
"Lakin Bərgüşad kəndindən rayonun Çiyni kəndinə qədər olan 1 kilometrlik yola asfalt örtüyü döşənməyib. Bu yola sərnişin avtobusları, taksilər girmədiyi üçün 1 kilometrlik məsafəni yayda toz-torpaqla, qışda isə palçığın üzərində hərəkət etməklə keçirik".
Kənd sakinləri deyir ki, gün ərzində 200-dən çox insanın əsas gediş-gəliş yolunun bərpası və asfaltlaşdırılması üçün yerli icra orqanlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq problem öz həllini tapmayıb.
Çiyni kəndnin də daxil olduğu Qardağlı kənd bələdiyyəsinin sədri İqbal Xəlilov “Report”un yerli bürosuna bildirib ki, yolun vəziyyəti ilə bağlı yuxarı instansiyalar məlumatlandırılıb: "Yoldakı vəziyyəti diqqətdə saxlayırıq. Yaxın vaxtlarda yolun bərpası və asfaltlaşdırılması işlərinə başlanılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay