Nəqliyyat sektorunda böyük profisid: Azalma 7 dəfəyə qədərdir
Cari il ərzində qarşılıqlı xidmətlər dövriyyəsinin 41.6%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının yaydığı hesabatda açıqlanıb.
Ümumi dəyəri 1.8 milyard dollar olan nəqliyyat xidmətlərinin 60.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır.
Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.1 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 721.6 milyon dollar təşkil edib.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 11.9%, idxalı isə 14.1% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin 6 ayında 56.5 milyon dollar olan profisit 6.9 dəfə artaraq 2021-ci ilin 6 ayında 389.5 milyon dollar təşkil edib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay