Bakı Limanının imkanları Çində təqdim edildi
Çinin paytaxtı Pekində keçirilən “Azərbaycanda investisiya və ticarət” seminarında Bakı Limanının imkanları təqdim edilib.
Bu barədə Valyuta.az-a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən xəbər verilib.
Məlumata görə, seminar Pekində davam edən Çin beynəlxalq xidmət ticarəti sərgisi (CIFTIS) çərçivəsində baş tutub.
İqtisadiyyat Nazirliyinin və CIFTIS təşkilat komitəsinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə keçirilən seminarda Çinin dövlət qurumlarının məsul işçiləri və iş adamları iştirak edib.
Seminarda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktorunun baş müşaviri Rəşad Kərimovun Çin dilində video çıxışı təqdim edilib.
Çıxışda, Bakı Limanının strateji yerləşmə mövqeyi, texniki imkanları, gələcək inkişaf fazası, perespektivləri barədə məlumat verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay