Nəqliyyat
18.08.2021 / 11:56
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları azalıb
17170
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-iyul aylarında 8,4 mln. ton yük, 1320,3 min sərnişin daşınıb.
Bu barədə Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,9% artım, sərnişin daşınmasında isə 7,2% azalma müşahidə olunub.
Hesabat dövründə orta hesabla sutkada 330 vaqon yüklənib, 320 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,1 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay