Nəqliyyat
18.08.2021 / 11:20
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmalar azalıb
17166
Azərbaycanda dəniz nəqliyyatı ilə 2021-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 3 230,1 min ton təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabata istinadən xəbər verir ki, bu həcm əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% azalıb.
Hesabat dövründə daşınmış yüklərin 37,1%-i neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 5 184,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 937,1 min tonunu və ya 95,2%-i tranzit yüklər təşkil edib. 2021-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 136,5 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,4% azalaraq 8,1 min nəfər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay