Bakıda yollarda yaranan sıxlığın səbəbləri açıqlandı
Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur.
Bu barədə Valyuta.az-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.
Bildirilir ki, Sıxlığa səbəb nəqliyyat vasitələrinin çoxluğudur.
Həmçinin səhər saatlarında Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).
Heydər Əliyev prospekti – Köməkçi yol- (Koroğlu metro stansiyasını keçdikdən sonra,Bağırov körpüsü istiqaməti, eyni zamanda Şəhər mərkəzi istiqamətində), Alı Mustafayev küçəsi - Köməkçi yolda - Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir. Demək olar ki, nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir. Səbəb olaraq, yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasını göstərmək olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay