BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
16709

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 1 ildən çoxdur ki, Bakıdan regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qadağa qoyulub.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, qadağa təkcə gecə saatlarında hərəkət edən qatarlara deyil, həm də gündüz saatlarında hərəkət edən Bakı-Gəncə sürət qatarına aiddir.

Bu ilin may ayında isə Qəbələ Dəmiryol Vağzalının və Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı olub, lakin bu istiqamətdə də qatar işləmir. Halbuki, Bakı-Qəbələ sürət qatarının fəaliyyəti pandemiya ilə əlaqədar böyük problemlərlə üzləşmiş turizm sektorunun dirçəlməsinə böyük töhfə verərdi.

"Azərbaycan Dəmir Yolları" QSC-də bildirirlər ki, hazırda sürət qatarları test rejimində fəaliyyət göstərir. Sərnişindaşımaya başlamaq üçün isə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı olmalıdır. Bu barədə qərar qəbul edilsə, qatarların işə düşməsi problem olmayacaq. Hələlik isə səhmdar cəmiyyəti dəmir yolunun müxtəlif istiqamətlərində sabit cərəyan sistemindən dəyişən cərəyan sisteminə keçidlə bağlı işlər aparır. Bu, enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların sürətinin artırılmasına imkan verəcək.

Bakı-Sumqayıt qatarında koronavirus yayılmır?

Rəsmilər sürət qatarlarının fəaliyyətinə qadağa qoyulmasını koronavirusun həddindən çox yayılmasının qarşısını almaq istəyi ilə izah edirlər. Amma maraqlıdır ki, Bakı-Sumqayıt sürət qatarlarının işləməsinə icazə verilir. Baxmayaraq ki, həmin qatarlara minən sərnişinlərin sayı həddindən çox olur və qatarlar əksər hallarda sərnişin sıxlığı ilə hərəkət edirlər. Regionlara işləyən sürət qatarlarında isə sıxlıq olması mümkün deyil, çünki biletlər oturacaqların sayına uyğun satılır və belə şəraitdə koronavirus daha az yayılır.

Bu fikirlə həkim-infeksionist Azər Nağıyev də razılaşır. 

Onun fikrincə, müəyyən şərtlərlə regionlara sürət qatarlarının işləməsinə icazə vermək olar: 

"Əgər sosial məsafəni gözləyiriksə, maska taxırıqsa, gigiyena qaydalarına əməl ediriksə, heç bir təhlükə olmaz. Bakıdakı avtobuslarda sıxlıq çoxdur, yoxsa qatarlarda?"

"Qatarların işə salınması daxili turizm üçün çox vacibdir"

İqtisadçı-ekspert Vüqar Bayramov da hesab edir ki, regionlara sürət qatarları işləməlidir və bu, daxili turizmin inkişafı üçün çox vacib amildir: 

"Artıq əksər ölkələr pandemiyanın yaratdığı çətinliklərə uyğun olaraq turizm üçün qaydalar müəyyənləşdiriblər.

Azərbaycanda da ictimai nəqliyyat və digər sferalar üçün qaydalar var. 2019-cu ildə ölkəyə 3,2 milyon turist gəlibsə, ölkədən 5,7 milyon turizm gedib. Bu baxımdan post-pendemiya dövründə qatarların fəaliyyət göstərməsi vacibdir. Turistlər üçün fərqli nəqliyyat vasitələrindən istifadə imkanları yaradılmalıdır. İstirahətə gedənlərin çoxu qatara üstünlük verirlər. Qatarla səfər zamanı artıq fərqli bölgələri görmək, seyr etmək imkanı olur. Mövcüd dəmir yolunun potensialından istifadə etmək, gələcəkdə hətta dəmir yolu turizminin yaradılması istiqamətində işləri intensivləşdirmək lazımdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazirlik: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Keçən il Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sabah hava yağmursuz keçəcək

Bu sahədə xidmət haqqının yuxarı həddi təsdiqləndi

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

Pensiyalar nə qədər və nə vaxt artırılacaq? - Ekspert açıqladı

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Qazaxıstan TDT ölkələrinə yükdaşımaları sürətləndirmək üçün e-TIR informasiya sisteminin tətbiqini təklif edir

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

Azərbaycanlı sahibkarlar 550 milyon manata yaxın güzəştli kredit götürüblər

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Kiçik biznesləri böyütməyən səbəblər

Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu

Prezident İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidentini qəbul edib

Azərbaycanda internetin sürəti artdı - 100%-ə yaxınlaşırıq

Azərbaycanda internetin sürəti artdı - 100%-ə yaxınlaşırıq

“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir®

Gürcüstanın xarici işlər naziri bu gün Azərbaycana səfər edəcək

Sənubər Nəzərova departament rəhbəri təyin edildi

"Microsoft" bu tarixdən ofis proqramları üçün dəstəyini dayandırır

Əhali "Azərbaycan Sənaye Bankı"ndan 17 milyondan çox depoziti geri çəkib

Mərkəzi Bankının baş direktoru Agentliyə sədr təyin olundu

Elektromobillərin xidməti haqqında danışılmayan vacib aspektlər

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

Bakının bütün mikrorayonlarında su kəsiləcək

Elmlər Akademiyası mühafizə xidmətinə yarım milyon ayırıb

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin