Nəqliyyat
05.08.2021 / 10:50
DANX açıqladı: Həbib Həsənov vəzifədən azad olunmayıb
16598
"Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənovun vəzifəsindən azad olunması barədə xəbərlər həqiqətə uyğun deyil".
Valyuta.az xəbər verir ki, bunu "APA-Economics"ə DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, H. Həsənov hazırda məzuniyyətdədir, o, məzuniyyətdən qayıtdıqdan sonra öz vəzifəsini yerinə yetirməyə davam edəcək.
"Xeyr, bu, tamamilə əsassızdır. DANX-nin rəisi Həbib Həsənov adi qaydada məzuniyyətə çıxıb. Məzuniyyətdən qayıtdıqdan sonra işinin başında olacaq. Bununla bağlı xəbər yayanlar adi qeybət səviyyəsində, heç bir rəsmi mənbə olmadan xəbər yayanlardır", - deyə N. Allahyarova qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay