BTQ ilə daşınan konteynerlərin sayı artıb
Bu ilin 7 ayı ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çox konteyner daşınıb.
Bu barədə Valyuta.az-a "Adycontainer" şirkətindən məlumat verilib.
Məlumata görə, 2020-ci ilin 7 ayı ərzində BTQ ilə ümumilikdə 8348 TEU konteyner təyinat stansiyalarına çatdırılıbsa, bu ilin 7 ayı ərzində bu rəqəm 13 610 TEU olub.
Bu ilin iyul ayı üzrə göstəricilərdə də müsbət dinamika müşahidə olunur. Belə ki, ötən ay 2020-ci ilin iyul ayı ilə müqayisədə BTQ ilə daşınan konteynerlərin sayında 109 % artım qeydə alınıb.
Qeyd edək ki, bu ilin 7 ayı ərzində daşınan 13 610 TEU konteynerdən 92 faizini tranzit yükdaşımaları təşkil edir.
BTQ dəmiyolu xətti ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay