Nəqliyyat
30.07.2021 / 09:42
Metronun elektrik naqillərində problem yarandı: Sərnişinlər tuneldə qaldı
16279
Metronun “Nizami-İnşaatçılar” sahəsində qatarların hərəkətində problem yaranıb.
Bu barədə Valyuta.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşüb.
“Bunun nəticəsində də xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”, - deyə B.Məmmədov qeyd edib.
Qeyd edək ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb. Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay