Nəqliyyat
29.07.2021 / 17:58
İcbari Sığorta Bürosu 2 avtomobili hərraca çıxarır
16253
İcbari Sığorta Bürosu (İSB) avqustun 5-də, saat 11:00-da “Honda Accord” və “Volkswagen T-5” markalı minik avtomobillərinin satışı üzrə açıq hərrac keçirəcək.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, avtomobillərin buraxılış illəri müvafiq olaraq 2011-ci il və 2012-ci ildir.
Onlara müvafiq olaraq 16 min manat və 42 min manat ilkin satış qiyməti müəyyən edilib.
Hərrac Bakı şəhəri, Yasamal rayonu Məmməd Rahim küçəsi, 4A ünvanında keçiriləcəkdir. Hərracda iştirak üçün avqustun 4-nə qədər avtomobillərin ilkin satış qiymətinin 10%-i qədər beh İSB-nin, 2%-i qədər haqq isə hərrac təşkilatçısının hesabına ödənilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay