BNA-nın yarım milyonluq dezinfeksiyası - Şübhəli tender
Bakı Nəqliyyat Agentliyi (BNA) və tabeli qurumlarına dezinfeksiya işlərinin aparılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması üzrə müsabiqəyə yekun vurub.
Valyuta.az-ın Hit.az-a istinadən xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Ecomedi” MMC-dir. BNA göstərilən xidmətin müqabilində şirkətə 408 963.05 AZN ödəməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ecomedi” MMC 16 iyun 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, bina 5, mərtəbə 4, məhəllə 1965-də yerləşir. MMC-nin qanuni təmsilçisi Eyvazov Fərid Elşad oğludur.
“Ecomedi” MMC-nin veb-səhifəsində qeyd edilir ki, şirkət əsasən dezinfeksiya (xəstəlik törədən mikrorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsi), deratizasiya (infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsi) və dezinseksiya (infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsi) ilə məşğuldur.
Eyni zamanda məlum olur ki, Fərid Eyvazov MMC-nin direktorudur.
May ayında BNA-nın nəzdində fəaliyyət göstərən “Bakubus” MMC “Ecomodi” MMC ilə maliyyə dəyəri 259 497.93 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Müqavilədə dezinfeksiya işləri, dezinfeksiyaedici məhlullar və birdəfəlik tibbi maskaların satın alınması nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay